Şeymanın 339 minlik zinət əşyaları - FOTO

"TV8" telekanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı yeni sevgilisi, misirli iş adamı Muhammed Alsaloussi ilə fotosunu paylaşıb.
Redaktor.az xəbər verir ki, Subaşının qolundakı bilərzik və saat isə xüsusi olaraq diqqət çəkib.
Şeymanın bilərziyi 195 min TL (təxminən 47 min 541 manat), saat isə 144 min TL (təxminən 35 min 107 manat) dəyərindədir.
Qeyd edək ki, Şeyma Subaşı daha əvvəl də “Patek Philippe” markasına aid olan 2 milyon 174 min TL (təxminən 500 min manat) dəyərindəki saatla diqqətləri özünə çəkmişdi.
//Axşam.az