"Bundan sonra aktyorluq edəcəyəm" - Sərdar Ortaç

 03:50 25.02.2021     285

Türkiyəli müğənni Sərdar Ortaç açıqlaması ilə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, sənətçi bundan sonra daha çox aktyor kimi fəaliyyət göstərəcəyini açıqlayıb:

"Mahnını heç vaxt həyatımdan çıxarmaram. Amma bundan sonra aktyorluq edəcəyəm. Bir neçə layihə təklifi almışam. Uyğun olan bir ekran işində rol alacağam".

Qeyd edək ki, S.Ortaç hazırda "Menajerimi ara" serialında qonaq aktyor kimi rol alır. //Axşam.az