Məşhur repçi stressdən kökəlib

 02:50 26.02.2021     348

Amerika repçi “Tekashi 6ix9ine” (Deniel Ernandes) yaxın 6 ay ərzində musiqi yazmayacağını və instaqramdan istifadə etməyəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, repçi bu barədə sosial şəbəkədə məlumat verib. O bildirib ki, son vaxtlar çox stress yaşayıb və bu onun çəkisinə böyük təsir gösətərib:

"Uzaqlaşmağımın əsl səbəbi odur ki, sentyabrda 92,5 kiloqrama qədər kökəlmişdim. Çox pis şeylər yaşadım və durmadan yeməyə başladım. Qərar verdim ki, bir müddət musiqini kənara qoyub, özümlə məşğul olum. Artıq 27 kiloqram arıqlamışam".

Qeyd edək ki, repçi 2019-cu ilin dekabrında quldur dəstəsi tərəfindən törədilmiş cinayət əməllərinə görə günahlandırılıb. 47 ilədək həbs cəzası alacağı gözlənilən musiqiçi 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu. “Tekashi 6ix9ine” 2020-ci ilin aprelində koronavirusa yoluxma təhlükəsi səbəbiylə vaxtından əvvəl həbsxanadan azad edilib. Astma xəstəsi olan repçi qalan cəza müddətini iyulun 31-nə qədər ev dustağı kimi çəkəcək. //Axşam.az