Rəmişin səhhəti ilə bağlı SON MƏLUMAT

 17:02 26.02.2021     387

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) palataya köçürülüb.

Redaktor.az bildirir ki, bu barədə  onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

O bildirib ki, R. Hüseynov hazırda palatada müalicəsini davam etdirir, səhhətində əvvəlkinə nisbətən xeyli irəliləyiş var.

Qeyd edəki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. //Report.az