Rəmişin səhhəti ilə bağlı vacib xəbər - SON DƏQİQƏ

 11:52 27.02.2021     655

Xalq artisti, Rəmiş kimi tanınan Rafiq Hüseynov palataya köçürülüb.

Bu barədə Redaktor.az-a gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib. Onun sözlərinə görə, R.Hüseynov Bakı Sağlamlıq Mərkəzində müalicə olunur, səhhətində ötən günlərə nisbətən xeyli irəliləyiş var.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb. Sənətçi yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə xəstəxanaya yerləşdirilib.

Aysel Hacıyeva / Redaktor.az