Sevda Yahyayeva hamilədir? - AÇIQLAMA

 14:19 01.03.2021     505

Müğənni Sevda Yahyayeva ana olacağı barədə gəzən söz-söhbət barədə açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, yerli telekanallardan birinə qonaq qismində qatılan ifaçı bunun doğru olmadığını bildirib:

“Mən də istəyirəm, təki olsun, çox sevinərəm. Amma yalandır, hamilə deyiləm".

Xatırladaq ki, Sevda Yahyayeva həkim Zakir Bayramov ilə 2020-ci ildə ailə həyatı qurub.

Aysel Hacıyeva / Redaktor.az