Uill Smit özünü siyasətdə sınayacaq

 00:50 03.03.2021     382

Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Redaktor.az xəbər verir ki, sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib:

“Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi. //Oxu.az