Röya: Mən olduğum yerdə siz yoxsuz - AÇIQLAMA

Xalq artisti Röya Ayxan pandemiya zamanı toyların olmamasından, gəlir qazanmamasından söhbət açıb.
Redaktor.az xəbər verir ki, ifaçı digər sənət yoldaşlarından fərqli olaraq hər şeyi qəbullandığını bildirib. O, yeni tikdirdiyi evindən də danışıb:
“Düz 5 ildir ev tikdirirəm, onun nazıyla oynayıram, usta ilə küsəndə tikdirmirəm. Evin içindəki pilləkən 8 dəfə sökülüb.
Bütün dünyada bu problem var, ürəyimdən gəlmir deyim ki, toylar başlasın. Ailəm böyük olduğu üçün hər zaman hər şeyə hazır olmuşam".
Röya Ayxan onun adını çəkərək gündəmə gəlmək istəyənlərə də cavab verib:
"Onlar mən olan yerdə deyillər. Balacalarla işim yoxdur, mən sizə ancaq qapı aça bilərəm. Dostlarıma isə hər zaman kömək etmişəm. Haqqımda danışanlar bilsinlər ki,mən onları görmədiyim üçün yanımda yoxdurlar".