Hollivud ulduzu qubernator olmaq istəyir

 14:12 21.03.2021     239

Hollivud ulduzu Metyu Makkonahi gələcəkdə Amerikanın Texas ştatının qubernatoru postuna namizədliyini irəli sürmək istədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə aktyor məşhur aparıcı Cimmi Fellonun "The Tonight Show" proqramında danışıb:

"Bir müddətdir ki, bu haqda düşünürəm. Texasda xeyli sayda həll olunmalı problemlər var. Qubernator olmaq istərdim, amma bunun üçün hələlik addım atmamışam". //Axşam.az