Yeni serialın yayımlanacağı kanal bəlli oldu

 20:59 21.03.2021     646

Aktyorlar Erdal Beşikçioğlu və Nur Fettahoğlunun baş rollarını paylaşacağı “Kağıt Ev” serialının yayımlanacağı televiziya kanalı bəlli olub.

Redaktor.az bildirir ki, maraqlı aktyor heyəti və ssenarisi ilə diqqət çəkən ekran işi “Star Tv”də nümayiş olunacaq.

Rejissoru Şenol Sönmez olan serialda bir ailənin başına gələnlərdən danışılır. Ekran işində Erdal Cihan Fırtına, Nur isə Aylin Fırtına obrazına həyat verəcək. //Axşam.az