Keyt Middlton qadınlar arasında yeni trendin əsasını qoydu - FOTO

 03:15 23.03.2021     159

Kembric hersoqiniyası Keyt Middlton cəmiyyət arasına son çıxışı zamanı qadınlar arasında yeni trendin əsasını qoyub.

Redaktor.az bildirir ki, söhbət britaniyalı dizayner Qreys Hanın eyniadlı brendinin çantasından gedir. Aksesuar  “Love Letter” (“Sevgi məktubu”) kolleksiyasına daxildir.

Hanın sözlərinə görə, hersoqiniyanın bu çıxışından sonra şirkətin satışları kəskin şəkildə artıb.

“Biz çox qısa müddətdə onlarla “Love Letter” çantası satdıq, satış həcmi isə  2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”, - deyə dizayner təəccübünü bildirib.

O da vurğulanır ki, Middlton sözügedən çanta ilə bir neçə dəfə görünüb. //Oxu.az 

22222222