Aynişan dünyanın ən bahalı adasında istirahət edir - VİDEO

 12:36 24.03.2021     247

Bir müddət öncə ailə həyatına son qoyan Aynişan Quliyeva istirahət üçün Maldiv adalarına yollanıb.

Redaktor.az xəbər verir ki, istirahət üçün Hind okeanına üz tutan müğənni “Instagram” hesabında tətildən videolar paylaşıb.

Videolarda diqqət çəkən məqamlardan biri də Aynişanın ekzotik adada tək istirahət etməsi olub. Burada o, kruiz səfərindən və getdiyi restoranlardan fərqli paylaşımlar edib. Həmçinin okean sahilində tənhalığa çəkilən məşhur izləyicilərinə “Sizin üçün nə çəkim?”, - deyə müraciət də edib. //Oxu.az