Zamiqdən növbəti "Youtube" layihəsi - VİDEO

Müğənni Zamiq Hüseynov növbəti dəfə akustik layihəyə imza atıb.
Redaktor.az xəbər verir ki, ifaçı mərhələli şəkildə reallaşdıracağı layihəsində ilk olaraq "Необыкновенные глаза" ("Qeyri-adi gözlər") mahnısını sevənlərinin ixtiyarına verib.
Layihə "Youtube" üzərindən təqdim olunacaq və 10-dan çox mahnının təqdimatı gözlənilir.
Xatırladaq ki, Zamiq 3 il əvvəl də oxşar layihə ilə yadda qalmışdı.
Xədicə Ağayeva / Redaktor.az