Derya Uluğun yeni imici çox bəyənilib - FOTO

 03:50 25.03.2021     549

Müğənni Derya Uluğ xarici görünüşündə dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, ifaçı tünd qara saçlarını sarı rəngə boyatdırıb. İmicində dəyişiklik edən Derya yeni fotolarını İnstaqram hesabında paylaşıb.

O, paylaşıma “Mənə də sarışın deyə bilərsiniz” qısa şərhini də yazıb.

Uluğun xarici görünüşü sosial media istifadəçiləri tərəfindən çox bəyənilib. Onlar sənətçinin fotosuna minlərlə bəyəni və şərh yağdırıblar.

//Axşam.az