"Zövqlərimiz tam ayrıdır, ona görə yeni duet yoxdur" - Eldar Qasımov

 20:38 26.03.2021     1693

Azərbaycanın “Eurovision-2011” qaliblərindən biri olan Eldar Qasımov Nigar Camal ilə musiqi yarışmasından sonra yeni duetlərinin olmamasının səbəbini açıqlayıb.

Redaktor.az xəbər verir ki, yerli telekanallardan birində qonaq qismində iştirak edən musiqiçi Nigar ilə musiqi duyumlarının tam ayrı olduğunu bildirib:

“Hazırda Nigar Camal ilə birlikdə aparıcılıq edirik, münasibətimiz çox gözəldir. Amma yeni duet ifa etmək, musiqi seçimi etmək çox çətindir. Bizim zövqlərimiz, musiqi duyumumuz tam ayrıdır. Ona görə "Eurovision"dan sonra duet ifa etməmişik. Mən düşünürəm ki, bu bir taledir, biz ikimiz getməli idik  "Eurovision"a.  Aramızda kimya yaratdıq ki, insanlar bizim birgə duetimizi görüb səs versinlər. Müsabiqə zamanı o məni, mən də onu tamamladım”.

Vumart və Güvən reklamı Vumart Güvən