Məşhur aktrisa kinodan uzaqlaşıb - FOTO

Amerikalı aktrisa və xeyriyyəçi Cessika Alba səhhətindəki ciddi problemlər səbəbindən karyerasının zirvəsində kinodan ayrıldığını deyib.
Redaktor.az xəbər verir ki, sənətçi hələ uşaqlıqdan xroniki xəstəliyinin olduğunu bildirib:
“11 yaşıma qədər beş əməliyyat keçirmişəm. Xroniki bir allergiyam var idi. Bu səbəblərdən uşaq ikən tez-tez xəstəxanalıq olurdum. Anam da 20 yaşında xərçəng xəstəliyindən əziyyət çəkib.
Cessika 2008-ci ildə qızı Onor dünyaya gəldikdən sonra şəxsi sağlamlığı ilə daha ciddi məşqul olmağa başladığını deyib.
“Bir anda mən başa düşdüm ki, dünyaya gətirdiyim bu kiçik mələk ilə birlikdə yaşamaq, inkişaf etmək və mümkün qədər çox vaxt keçirmək istəyirəm. Sağlamlığımın vacib olduğunu başa düşdüm”.
