Aktrisa eyni adamdan ikinci dəfə boşandı - FOTO

 15:32 26.03.2021     84

Türkiyəli məşhur aktrisa Nur Fəttahoğlu biznesmen Levent Vəziroğludan ikinci dəfə boşanıb.

Redaktor.az xəbər verir ki, 2015-ci ildə məhkəməyə ərizə verən cütlük rəsmi boşanma qətiləşmədən barışıblar.

Dünən yenidən boşanma ərizəsi ilə müraciət edən Fəttahoğlu və Vəziroğlu beş dəqiqə davam edən məhkəmədə razılıqla boşanıblar.

Fəttahoğlu boşanması barədə jurnalistlərə açıqlama verməyib və hakimlərin istifadə etdiyi qapıdan çıxaraq sürətlə uzaqlaşıb.

Qeyd edək ki, səkkiz ildir evli olan cütlüyün bir qızı var. //Oxu.az

22