Aktrisa ona ən çox verilən sualı cavablandırıb - FOTO

Səhhətində ciddi problemlərə görə baş rolu canlandırdığı “Sefirin qızı” serialından ayrılan məşhur aktrisa Neslihan Atagül ən çox verilən sualı cavablandırdı.
Redaktor.az xəbər verir ki, bağırsaq sindromu diaqnozu ilə çətin anlar keçirdiyinə görə serial ilə vidalaşan aktrisa ondan inciyən izləyicilərinin könlünü alıb. Bu yaxınlarda Hollivuda yollanan Neslihan pərəstişkarının yeni şəklinin altından yazdığı “Səndən incimişəm” şərhini cavablandırıb.
N. Atagül “Küsmə. Nə edim, sağlamlığım daha önəmli idi” cavabını verərək söz-söhbətə son qoyub . Aktrisa bundan əlavə, serialın çəkilişləri zamanı sürrətlə çəki itirdiyini deyib.

