Tünzalə Ağayeva formada qalma sirrini açıqlayıb

Xalq artisti Tünzalə Ağayeva formada qalmağın sirrlərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, 45 yaşının olmasına baxmayaraq, özünü cavan saxlamağa calışan T. Ağayeva axşam saat 18:00-dan sonra ümumiyyətlə heçnə yemədiyini bildirib:
“Məni cavan saxlayan xasiyyətlərim var, orqanizmimin sağlam qalması üçün axşam ağzımı bağlayıram. Ancaq hazırladığım limonlu su içirəm. Hormonal pozuntular ilə əlaqəli olaraq mənim də şişkinliyim var idi. Əziyyət çəkirdim, sağlam qida ilə tanış oldum, ondan sonra un məhsullarından istifadə etmirəm, çörək yemirəm. Bəzən litr yarım, bəzən 2 litr su içirəm, axşamlar isə qara çay içmək olmaz, yaşıl çay içirəm. Əgər aclıq gəlirsə, limonlu su içirəm. Səhər avokado yeyirəm. Qızardılmış heç nə yemirəm, olmaz. Qırmızı əti nadir hallarda yeyirəm”.
İdmanın həyatında önəmli yer tutduğunu deyən xalq artisti idman zalları bağlanmadan öncə pilates ilə məşqul olduğunu qeyd edib.
“Hazırda onlayn formada fitness edirəm, həftədə üç dəfə mütləq şəkildə idman etməliyəm.