Aktrisa Kobe Brayantın əsərini 6 minə satdı - FOTO

 23:19 26.03.2021     307

Türkiyəli aktrisa Bensu Soral ötən il vəfat edən əfsanəvi basketbolçu Kobe Brayantın çəkdiyi rəsmini satışa çıxarmışdı.

Redaktor.az xəbər verir ki, aktrisanın "RIP Black Mamba" adlı əsəri 3 min 968 dollara (təxminən 6 min 745 manat) satılıb.

Qeyd edək ki, 2020-ci il yanvarın 27-də helikopter güclü dumana görə Kaliforniya əyalətinin Kalabas bölgəsində qəzaya uğramışdı. Hadisə nəticəsində basketbolçu ilə yanaşı 13 yaşlı qızı Cianna Mariya da həlak olmuşdu. //Axşam.az

Vumart və Güvən reklamı Vumart Güvən