Məşhur aktyor 47 min manatlıq nişan üzüyü alıb - FOTO

 11:12 31.03.2021     891

Türkiyəli məşhur aktyor Can Yaman evlənmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, reklam çəkilişi üçün İtaliyaya yollanan sənətçi, orada məşhur idman spikeri Diletta Leottaya vurulub. İlk günlərdə reklam məqsədi ilə birlikdə adlarının hallandığı deyilən cütlük sürpriz irəliləyiş edib.

Romantik bir evlilik təklifi ilə sevgisini göylərdə yazan Can Yaman sevgilisi Dilettadan “Hə” cavabını alıb. Hazırda İtaliyada olan aktyor evlilik təklifindən sonra ikinci ciddi addımı atıb. O, sevgilisinin anası Ofeliya Castorina ilə tanış olub.

“Sandokan” adlı İtaliyan kinosunda baş rolu canlandıracaq olan C.Yaman restoranlardan birində sevgilisinə tək daş üzük taxıb. Üzüyün qiymətinin 47 min 630 AZN təşkil etdiyi bildirilib.

2222