Serenay Sarıkayanın yeni serialı bəlli olub

Türkiyəli aktrisa Serenay Sarıkaya üç illik fasilədən sonra tamaşaçıların qarşısına çıxacaq.
Redaktor.az xəbər verir ki, 29 yaşlı aktrisa ötən il razılaşdığı "Şahmeran" serialında çəkiləcək.
Ekran işi "Netflix" platformasında yayımlanacaq.
Qeyd edək ki, Serenay sonuncu dəfə 2018-ci ildə "Fİ Çİ Pİ" serialında rol almışdı. //Axşam.az