Hazal Kaya koronavirusa yoluxub - FOTO

Türkiyəli aktrisa Hazal Kaya COVID-19 virusuna yoluxub.
Redaktor.az xəbər verir ki, aktrisanın səhhəti ilə əlaqəli olaraq baş rolu canlandırdığı "Pera Palasta gecə yarısı" serialının çəkilişləri dayandırılıb. Çəkilişlərin 5 günlük təxirə salındığı, sənətçinin isə xəstəliyi yüngül keçirtdiyi deyilib.
Qeyd edək ki, H.Kaya 2019-cu ildə rejissor, ssenarist Ali Atay ilə ailə həyatı qurub. Aktrisanın Fikret Ali adlı bir oğlu var.
