Şəkidə evi tərk edən koronavirus xəstəsi saxlanılıb - FOTO

 13:31 31.03.2021     63

Şəkidə polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunaraq saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, rayon sakini S.Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onun yaşayış yerini tərk etdiyi müəyyən olunub. Həmin şəxslə izahedici söhbətlər aparılıb, əraziyə həkim briqadası dəvət edilib və o, koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

S.Məmmədova barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.

2