Koronavirusa yoluxan Xalq artistinin qızından AÇIQLAMA

 13:31 01.04.2021     236

Koronavirusa yoluxduğu bildirilən Xalq artisti Bəsti Cəfərova təcili xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin qızı Fidan Cəfərova məlumat verib. O, anasının vəziyyətinin hazırda stabil olduğunu bildirib:

“Həkimlər analizlər götürüblər, xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti yaxşılığa doğru gedir. Evdə olanda mən baxırdım anama, bədən hərarəti qalxırdı, dərman verirdim, bir neçə saatdan sonra yenə hərarəti qalxırdı. Şükür Allaha ki, indi hərarəti yoxdur. Ağ ciyərində və nəfəs almasında da problem yoxdur”.

Aysel Hacıyev / Redaktor.az