Zinyət Sali əsl sənətinin nə olduğunu açıqladı

 03:50 03.04.2021     1284

Müğənni Ziynet Sali maraqlı açıqlaması ilə gündəmə gəlib.

Redaktor.az bildirir ki, Armağan Çağlayanın “Youtube” proqramına qonaq olan ifaçı əsl sənətinin müəllimlik olduğunu, eyni zamanda şirkətlərdən birində katibə işləməsindən danışıb:

“Universitetdə müəllimlik ixtisası üzrə ali təhsil almışam. Bitirdim və təyinatımı gözlədim. Daha sonra ailəm başqa yerə köçdü. Mən də həmin ərəfədə şirkətlərdən birinə işə girdim. Katibə olaraq çalışırdım. İşimlə əlaqədar mətbuat işçiləri ilə tez-tez görüşürdük. Sonra həmin iş yerim bağlandı. Mən də müğənni Gökhan Özenle repertuar yaratdım və musiqi sahəsində fəaliyyətə başladım”. //Axşam.az