Sevda Ələkbərzadə məktəb açır

Əməkdar artist Sevda Ələkbərzadə jazz məktəbi açır.
Redaktor.az xəbər verir ki, bu haqda sənətçi türkiyəli bloger Emre Yücelenin "Youtube" verilişinə qonaq olan zaman deyib.
Sevda bildirib ki, məktəb 6 ay ərzində fəaliyyətə başlayacaq:
“Bu fikir məndə bir neçə il əvvəl yaranmışdı. Lakin konsertlərim çox olduğundan buna vaxtım yox idi. Pandemiya dövründə düşündüm ki, niyə də Sevda Ələkbərzadənin vokal dərslərindən ibarət məktəb olmasın?
Fikirləşirəm ki, başqa ölkədən gələn tələbələr məndən nələrsə öyrənə bilərlər. Bu cür ifa başqa yerdə yoxdur! Qısa zamanda, 6 ayda bu iş alınacaq. Bakıda açmaq niyyətindəyəm”. //Axşam.az