Ağcabədi sakini tapdığı silah-sursatı polisə təhvil verib - FOTO

 13:31 03.04.2021     1601

Ağcabədidə silah-sursat tapılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Ağcabədi rayon sakini Hüseyn Əliyev işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində olarkən 1 pulemyot, 98 pulemyot gülləsi,  2 qumbaraatan, 13 qumbaraatan mərmisi, 1 əl qumbarası, 7 ədəd müxtəlif mərmi tapıb.  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində həmin şəxs tapdığı silah-sursatları RPŞ-yə təhvil verib. 

2