Məşhur aktyorun sevgilisi ilə yeni FOTOSU

 13:28 06.04.2021     860

Türkiyəli məşhur aktyor Can Yaman sevgilisi ilə yeni fotosunu paylaşıb.

Redaktor.az xəbər verir ki, ötən həftə sevgilisi Diletta Leottaya evlilik təklifi edən aktyor onunla xoşbəxt olduğunu dilə gətirib.

Can bu gün isə Diletta ilə birlikdə kamera qarşısına keçib. Yeni fotolarını "İnstagram" səhifəsində paylaşan sənətçi qısa zamanda minlərlə bəyənmə toplayıb.

Xatırladaq ki, Can Yaman İtaliyada “Sandokan” serialının baş rolunda oynamaq üçün müqavilə imzalayıb. Ekran işinin çəkilişləri 2021-ci ilin oktyabrında başlayacaq.

2
Vumart və Güvən reklamı Vumart Güvən