Röya Ayxan: Hamısı gedib arxasını "paduşka" elətdirir

 10:56 06.04.2021     200

Xalq artisti Röya Ayxan bəzi müğənnilərin plastik əməliyyatlarından danışıb.

Redaktor.az xəbər verir ki, ifaçı bu gün hamının əməliyyat nəticəsində bir-birinə oxşadığını dilə gətirib.

“Gedir arxasını şişirdir, “paduşka” etdirir, hamısı da bir-birinə oxşayır. Artıq neçə ildir ki, idmanla məşqul oluram, çox arığam. İllər öncə əməliyyata gedəndə Moskvada həkim mənə dedi ki, heç olmasa 57 kiloqram olmalıyam ki, üzərimdə bədən şəkilləndirməsi edə bilsin”.