Rəmiş koronavirusdan ölüb? - AÇIQLAMA / FOTO

Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) bir neçə saatdan sonra dəfn ediləcək.
Redaktor.az xəbər verir ki, ötən gün vəfat edən sənətçinin nəşi hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir. Oradan çıxarılaraq "Qurd qapısı" qəbiristanlığına yola salınacaq. Sənət yoldaşları və yaxınları Rəmiş ilə vidalaşmaq üçün xəstəxananın həyətinə toplaşıblar.
Qeyd edək ki, 77 yaşlı ifaçının koronavirusdan vəfat etdiyi iddia olunur. Həyat yoldaşı Güllü Hüseynova bunun yalan olduğunu bildirib.
