Məşhur musiqiçi vəfat edib

Məşhur “War” fank-qrupunun yaradıcılarından olan Morris Dikerson 71 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, “Bi Bi” ləqəbi ilə məşhurlaşan musiqiçi Kaliforniyanın Lonq-Biç şəhərində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, “War” qrupu 1969-cu ildə yaranıb. Qrup "Low Rider", "Why Can’t We Be Friends?", "The World Is a Ghetto", "Spill the Wine", "The Cisco Kid" kimi mahnılarla şöhrət qazanıb. //Axşam.az