Ebru Şallı Demet Akalını qınayıb - FOTO

 17:23 08.04.2021     1558

Türkiyəli məşhur model Ebru Şallı müğənni Demet Akalını qınayıb.

Redaktor.az xəbər verir ki, ötən gün Nişantaşındakı klinikadan çıxarkən görüntülənən Ebru Şallı maraqlı açıqlamaları ilə gündəmə gəlib.

O, bir neçə gün öncə D.Akalının 7 yaşlı qızı Hiranın “Tik-Tok” istifadəçisinə 7 min lirə (1450 manat) göndərdiyini deməsinə münasibət bildirib.

“Uşaqlarıma "Tik-Tok" və digər sosial şəbəkələrdən istifadə etməyə icazə vermirəm. Onların özlərinin də marağı yoxdur. Kitab oxuyan, idman edən bir övlad böyütmüşəm. Hamımız sosial mediada varıq, amma uşaqların sosial şəbəkələrdən istifadə etməsinə qarşıyam”.

Aysel Hacıyeva / Redaktor.az

2