Koronavirusa yoluxan aktyorun vəziyyəti ağırlaşıb

 05:30 09.04.2021     224

"Çocuklar duymasın" serialında "Sertaç" obrazını canlandıran Kalust Şalcıoğlu koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, vəziyyəti daha da ağırlaşan 42 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

Hazırda reanimasiyada olan Kalustun ağciyərlərinin pis vəziyyətdə olduğu bildirilib. //Axşam.az