Məşhur serialın aktyoru vəfat edib

 07:15 09.04.2021     262

“Twin Peaks” serialının aktyoru Uolter Olkeviç vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə 71 yaşlı aktyorun oğlu məlumat yayıb.

O bildirib ki, son illərdə dizindən keçirdiyi uğursuz əməliyyatlardan sonra aktyor gəzə bilmirdi və yataq şəraitində yaşayırdı.

Qeyd edək ki, U.Olkeviç "Qreys alovun içindədir" və "Müştəri" kimi filmlərdə də rol alıb.  //Axşam.az