Məşhur aktyor reanimasiyaya yerləşdirilib -FOTO

 10:57 14.04.2021     3962

"Kanal D"-də yayımlanan “Sadakatsız” serialının aktyoru Burak Sergenin ötən gün halı pisləşib.

Redaktor.az xəbər verir ki, serialda Haluk Güçlü obrazı ilə pərəstişkar kütləsi toplayan sənətçi reanimasiyaya yerləşdirilib.

Aktyorun koronaviruza yoluxduğu ehtimal edilib. Lakin onun test nəticəsi neqativ çıxıb.

Nəfəs almaqda çətinlik çəkən Burak Sergenin bir müddət xəstəxanada qalacağı deyilir.

Aysel Hacıyeva / Redaktor.az

22