Cinsiyyətini dəyişən müğənni övladlığa uşaq götürür

 00:23 17.04.2021     293

Cinsiyyətini dəyişdikdən sonra qadın olan müğənni Selin Ciyerci övladlığa uşaq götürəcək.

Redaktor.az xəbər verir ki, sənətçi bu barədə "Exxen"də yayımlanan "Katarsis" verilişində danışıb.

O, bunun üçün artıq müraciət etdiyini bildirib:

"Həyat yoldaşımla bir övladımız olsa, tamamlanacağımızı düşünürük. Müraciət etmişik. İki uşaq istəyirik, əkiz də ola bilər. Onlara yaxşı həyat və təhsil vermək istəyirəm. Həyatım onlar olsun".

Qeyd edək ki, Selin futbolçu Gökhan Çıra ilə evlidir. //Axşam.az