"Artıq toylar bərpa olunmayacaq" - Səməd Səmədov

 07:30 17.04.2021     1051

"Düşünürəm ki, toylar artıq bərpa olunmayacaq. Bu yaxınlarda internetdə oxudum ki, Bill Qeyts deyir, 2022-ci ildə koronovirusdan azad olacağıq. Bu bəladan o vaxt canımız qurtaracaq".

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Səhər mərkəzi" proqramında deyib. Müğənni bildirib ki, böyük toy məclisləri bundan sonra keçirilməyəcək.

S.Səmədov getdiyi toylarda digər sənət adamlarına ehtiyac görmədiyini bildirib:

"Dəbdir ki, toylarda aparıcı və əsas müğənnidən başqa beş-altı ifaçı dəvət olunur. Hər zaman deyirəm ki, Səməd olan yerdə başqa ifaçıya ehtiyac yoxdur. Çünki bütün məşhur ifaçıların repertuarından oxuyuram". //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən