Xatirə İslam və həyat yoldaşının xəstəxanadan FOTOLARI

Koronavirusa yoluxan müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddindən yeni xəbər var.
Redaktor.az xəbər verir ki, koronavirusa qalib gələn cütlük xəstəxanadan yeni fotolar paylaşıblar.
"İnstagram" səhifəsində yeni fotoları yayımlayan Xatirə İslam bildirib ki, hər ikisinin səhhəti yaxşıdır.
İfaçı bu gün həyat yoldaşı ilə tanış olduqlarının 10 ilinin tamam olduğunu da qeyd edib:
"Şükürlər olsun ki, salamatçılıqdır. Təhlükəni atlatdıq, Allah hamınızdan razı olsun. Allah bu gözəl ayda heç kimə dərt verməsin, biz də içində".

