Murat BozdanHadisə ilə bağlı iddialara CAVAB

 07:45 21.04.2021     3089

İş adamı Reza Zerrab və müğənni Ebru Gündəşin boşanma xəbərləri ilə gündəmə gələn Hadisə haqqında daha bir iddia ortaya atılıb. Belə ki, onun bu dəfə həmkarı Murat Bozu evində ziyarət etdiyi bildirilib.

Redaktor.az xəbər verir ki, M. Boz bununla bağlı İnstaqram hesabının hekayə bölümündə paylaşım edib və Hadisə ilə sadəcə dost olduğunu qeyd edib:

“Bu xəbəri hazırlayarkən o insanın ailəsi var deyə düşünmədən hərəkət etmək məncə, qəddarlıqdır. Qarşıdakı bloklardan birində mənim yaşadığım bina sakininə məxsus avtomobili çəkib, xəbər yazıblar. Bu heç bir məntiqə uyğun deyil. Bilmirəm hansına təəssüflənim? Qarşıdakı blok sakinlərinin bu fotonu yaymasınamı? Yoxsa bunu xəbər formasına salıb yayanlaramı? Hadisə də, sevgilisi Kaan da mənim dostlarımdır”.

Qeyd edək ki, Murat Boz bu sözlərini "Qadına şiddətə yox deyək" həştəqi altında paylaşıb. //Axşam.az