"Kurtlar Vadisi"nin aktyoru Bakıda görün nə açır... - 3 AY DAVAM EDƏCƏK / VİDEO

 13:40 21.04.2021     825

Türkiyənin məşhur seriallarından olan və Azərbaycanda da yetərincə izləyicisi olan “Kurtlar Vadisi”nin aktyoru, Güllü obrazı ilə məşhurlaşan Erhan Ufak paytaxtımızın qonağı olub.

Redaktor.az-a özəl açıqlama verən aktyor bildirib ki, Bakıya səfərinin əsas məqsədi Sənət Akademiyası açmaqla bağlıdır. 

“Türkiyə-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək məqsədi ilə burada Sənət Akademiyası açmaq fikrindəyik. Azərbaycanda olan istedadlı gənclərin özgüvənini üzə çıxartmaq üçün əlimizdən gələni edəcəyik. Bakıda 3 ay müddətində aktyorluq kursları keçiləcək, Akademiyanı bitirənlərə sonda sertifikat veriləcək. 

Aktyor bildirib ki, Sənət Akademiyasına qardaş ölkədən bir çox  məşhur aktyorlar, rejissorlar qatılacaq. 

Aysel Hacıyeva / Redaktor.az