Ağadadaş Ağayevlə bağlı PİS XƏBƏR - ÇOX TƏƏSSÜF!

 16:34 21.04.2021     3481

Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır:

"Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqətdir. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib". //Azxeber.com