Namiq Qaraçuxurlu şəhidlərdən üzr istədi - VİDEO

 00:16 22.04.2021     240

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yenidən fəaliyyətini bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu haqda meyxanaçı özü videomüraciət edərək bildirib.

O, şəhid ailələrindən sənətə başlamaq üçün icazə istəyib.

"Uzun zamandır bütün işlərimi dondurmuşdum. Gəldim Şəhidlər Xiyabanına, onların ruhu ilə danışdım, söhbətləşdim, dərdləşdim. Onlardan halallıq istədim. Buradan şəhid ailələrinə, millətimizə müraciət edirəm: izin verirsinizsə, mən də toparlanmaq istəyirəm. Allah millətimizə səbr versin, gücümüz tükənməz olsun", - deyə meyxanaçı bildirib.

Qeyd edək ki, N.Qaraçuxurlu müharibə ərəfəsində və ondan sonra yaradıcılığına ara verdiyini açıqlamışdı. //BAKU.WS