Şou biznesdə qalmaqal: 12 min dolları kim mənimsəyib? - VİDEO

 04:46 22.04.2021     398

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aşıq Əli Tapdıqoğlu olub.

Redaktor.az bildirir ki, sənətçi Tatarıstanın Kazan şəhərində keçirilən tədbirdə ifaçı Rövşən Əzizə verdiyi 12 min dollar qonorarının itdiyini deyib.

Rövşən Əziz də studiyaya gələrək ittihamlara cavab verib:

“Tatarıstanın Kazan şəhərində Əli ilə birgə tədbirdə olmuşuq. 12 min dollar tədbirdən qonorar alınıb. Anlaşmazlıq olub. O pul mənə verilməyib. Əli ilə bizim aramızda pul söhbəti ola bilməz”.

Fikrində israr edən Əli Tapdıqoğlu isə pulu məhz Rövşən Əzizə verdiyini deyib:

“Unutqanlıq var. Bəlkə də pulu haradasa salıb, itirib. Əslində bu məsələ bağlanıb. Rövşən sənət aləmindən yeganə insandır ki, ailəvi dostuq”.