Burak Deniz yeni serialda rol alacaq

 06:36 23.04.2021     54

Hazırda "Maraşlı" serialında rol alan aktyor Burak Deniz yeni layihəsinin çəkilişlərinə start verib.

Redaktor.az xəbər verir ki, aktyor həmkarı Serra Yılmaz ilə birgə "Cahil periler" serialında rol alacaq.

B.Dəniz ekran işində "Asaf" adlı fotoqrafın həyatını canlandıracaq.

Serialda Luca Argentero, Kristiana Capotondi kimi italiyalı aktyorlar da yer alacaq.

Qeyd edək ki, "Cahil periler" "Disney plus" platformasında yayımlanacaq. //Axşam.az