Nəsrin Cavadzadə sevgilisindən ayrılıb?

"Yasak elma" serialında tanış olub eşq yaşamağa başlayan Nəsrin Cavadzadə və Gökhan Alkan cütlüyü evlənməyə hazırlaşdığını açıqlamışdı.
Redaktor.az xəbər verir ki, hazırda cütlüyün ayrıldığı iddia edilib. Belə ki, Nəsrin sevgilisi Gökhanla çəkdirdiyi bütün fotolarını instaqram hesabından silib. Bu da cütlük haqqında ayrılıq xəbərlərinin yayılmasına səbəb olub.
N.Cavadzadə ilə G.Alkandan məsələ ilə bağlı hər hansı bir açıqlama gəlməyib. //Axşam.az
