Mətanət Əsədova: O qədər tənhayam ki, hər gecə ölürəm

 14:05 24.04.2021     537

Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.

Redaktor.az-ın məlumatına görə, ifaçı “Gün ortası” verilişində bu sözləri deyib:

“Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi”. 

Müğənni ailə qurmaq istəyindən də söz açıb: “Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə, mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır”. //Lent.az

Vumart və Güvən reklamı Vumart Güvən