Elton Conun qonaqlığına bilet 34 manatdır

 22:44 24.04.2021     582

Hər il olduğu kimi bu il də, “Oscar” mükafatlarının təqdim etmə mərasimindən sonra böyük məclis təşkil ediləcək.

Redaktor.az xəbər verir ki, sənətçi Elton Con bu il də ənənəsinə sadiq qalacaq. 74 yaşlı ifaçının əvvəlki illərdə Los Ancelesin lüks restoranlarında verdiyi qonaqlıq bu dəfə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. Biletlərin qiyməti isə cəmi 20 dollar(34 manat) dır.

Müğənni Dua Lipanın da səhnə alacağı dəvətdən ümumilikdə 6 milyon 400 min dollar (10 milyon 880 min manat) toplanacaq.

Xatırladaq ki, Elton Con hər il bu qonaqlıqdan əldə etdiyi gəliri “AIDS” xeyriyyə cəmiyyətinə bağışlayır. /Axşam.az