Fransalı məşhur aktyor vəfat edib

 06:14 26.04.2021     984

Fransalı məşhur aktyor-rejissor İv Ranye vəfat edib.

Redaktor.az xəbər verir ki, aktyor ötən gün Parisdəki evində dünyasını dəyişib.

Sənətçi daha çox "Mulen" serialındakı "Komissar Mulen" obrazına görə tanınıb.

50 dən çox ekran işində rol alan İv "Qraf Monte-Kristo" (1961), "Pulun gözəl ətri" (1968), "Fiqaro burada, Fiqaro orada" (1972), "Mələklə iblis arasında" (1975), "Əxlaqsızlar" (2001) kimi məşhur filmlərdə də çəkilib. //Axşam.az