Bu müğənnilər Azərbaycanı tərk etdi - SƏBƏB İSƏ... / FOTO

 12:10 26.04.2021     1047

Pandemiya dövründə Rusiyaya köçən azərbaycanlı sənətçilərin sayı günü-gündən artır.  

Redaktor.az xəbər verir ki, koronavirusla bağlı Azərbaycanda toy şənliklərinin keçirilməsinə qadağa qoyulduqdan sonra qazanc yeri olmayan bəzi yerli şou nümayəndələri çıxış yolunu Rusiyaya köçməkdə görüblər.

Ölkədən çıxan ilk müğənnilər Şəbnəm TovuzluDamla olub. Onlar həmvətənlilərimizin toylarını idarə etmək üçün Rusiyaya dəvət aldıqlarını bildiriblər. Ş.Tovuzlu yaxın günlərdə vətənə qayıtsa da, Damla hələ də Rusiyadadır. O, may ayının 3-də Tolyatti şəhərində konsert verəcək. 

Könül Kərimova artıq bir ilə yaxındır ki, Rusiyaya köçüb. Sənətçi hətta orada “Könül xına evi” adlı mərasim zalı açıb.

Əməkdar artist Elnarə Abdullayeva da toy şənliklərinin simalarındandır. Sənətçi may ayında Moskva şəhərində konsert proqramı ilə çıxış edəcək.

Mətanət İskəndərli artıq bir neçə aydır ki, oğlu ilə birlikdə Rusiyaya köçüb. O, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən tez-tez toy mərasimlərinə dəvət edilir. Həmçinin, M.İsgəndərli may ayının 14-də Sankt-Peterburq şəhərində “Azərbaycan musiqilərinin gecəsi” adlı konsert proqramı ilə çıxış edəcək.

Müğənni Elçin Hüseynov Rusiyaya köçmək qərarı alıb. Sənətçi orada iş qurub, "Niel" adlı ansambl yaradıb və toy təşkilatçılığı ilə məşğuldur. O, Moskvada evi olduğunu və ailəsi ilə uzun müddət orada qalacağını bildirib.

Aparıcı Sərxan Kərəmoğlu da Moskvaya köçüb.

Aysel Hacıyeva / Redaktor.az

22222222